Azərbaycanda koronavirusdan dünyasını dəyişənlərin yaşa görə göstəriciləri açıqlanıb.

Unikal.org-un məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, 60-69 yaş arası vəfat edənlər 36 faiz, 40-49 yaş arası ölənlər 6% (ötən həftə ilə müqayisədə 1 faiz artıb), 80 yaşdan yuxarı vəfat edənlər 11 faiz, 70-79 yaş arası 25%, 50-59 yaş arasında isə 22 faiz təşkil edib