Daxili İşlər Nazirliyində növbəti kadr islahatları aparılıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, DİN-in Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Yaşar Əliyev tutduğu vəzifədən azad edilib.
Bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.
Qeyd edək ki, Y. Əliyev 2011-ci ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisidir.
Orxan Həsənli