Bütün dünyada “COVİD-19” virusu ilə əlaqədar elan olunmuş pandemiyanın yaratdığı qlobal problemə və izolyasiya tədbirlərinə baxmayaraq, Azərbaycan Turizm və Menecment Universiteti tələbələrinin təhsildən geri qalmamları məqsədilə məsafədən tədris sisteminə keçid etmiş və bütün kollektivi ilə birgə tələbə və magistrlərə mövcud problemin təsirlərinin azaldılması üçün online dərslər keçməkdə davam edirlər.
Unikal.org xəbər verir ki, eyni zamanda ATMU-nun illik fəaliyyət planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün də səylər göstərilir. Belə ki, fəaliyyət planına uyğun olaraq Universitet Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş gənc tədqiqatçıların “Azərbaycan turizmi: bu günü və gələcəyi” adlı VI Respublika konfransı keçirimişdir. Konfrans ölkədəki mövcud vəziyyət nəzərə alaraq online rejimdə, Microsoft Teams Platformasında təşkil olunmuşdur. Konfransı giriş sözü ilə açan ATMU rektoru İlham Mədətov ölkədə turizmin inkişafı üçün aparıllan məqsədyönlü siyasətdən, ölkə Prezidentinin bu sahəyə xüsusi diqqətindən danışmış və iştirakçılara uğurlar diləmişdir. Turizm və Qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov keçirilən bu tipli konfransların əhəmiyyətini vurğulayaraq Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda turizmin maddi-texniki, həmçinin hüquqi bazasının formalaşması üçün atdığı addımlar haqqında konfrans iştirakçılarına məlumat verilib. Sonra Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Biznes Universiteti, Mingəçevir Dövlət Universitetindən olan 45 magistr və bakalavr tələbələrin məruzələri dinlənilmişdir. Sonda konfransın təşkilini həyata keçirən “Turizm biznesi” kafedrasının müdiri Hafiz Hüseynov, kafedranın dosenti Çingiz Gülalıyev, baş müəllimlər Şəmsiyyə Tahirbəyova, Rəfiqə Ağasıyeva və Aynur Hüseynzadə konfransla bağlı fikirlərini bölüşmüş və iştirakçılara tövsiyyələrini verib.