Bakıda 2017-ci ildə törətdiyi ağır avtomobil qəzası ilə iki nəfərin ölümü və iki nəfərin yaralanmasına səbəb olan "Qaçqınkom"un sabiq sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevdən yeni xəbər var.
Unikal.org-un əldə etdiyi məlumata görə, N.Allahverdiyevə məxsus əksər avtomobillər satılıb. O, əvvəlcə qəza törətdiyi "Gelandewagen”ni dövlət nömrə nişansız satıb.
Daha sonra isə qəza törətdiyi avtomobilin 10-PP-203, “Porsche” 10-YY-203, “Niva” 10-OO-203 dövlət nömrə nişanlarını 20 min AZN-ə satışını həyata keçirib.
Elvin Rüstəmov