“Başlamışam yaradıcı işlərimə, musiqisiz qalmaq olmur. O da mənim övladımdır. Arıqlamaq istəyəndə bacarmırdım, amma fələk dedi “gör səni necə arıqladaram”.
Unikal.org xəbər verir ki, bu sözləri Əməkdar artist Zöhrə Abdullayeva 5/5 proqramında deyib. Müğənni xeyli çəki atdığını bildirib:
“16 kiloqram çəki atmışam. Hər zaman çalışıram ki, tamaşaçıların qarşısına səliqəli və gözəl çıxım. Balam da çox istəyirdi məni gözəl görsün. Saçlarım ağarsa da mənə elə gəlir ki, pis halda deyiləm. Sadəcə, bircə gözlərimin qəmi düzəlmir”.