“Mayın 15-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə seçki dairələrini təmsil edən deputatların köməkçiləri ilə görüş keçirilib”.
Unikal.org xəbər verir ki, bunu Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözələrinə görə, karantin rejimi olduğuna görə bölgələrdən deputat köməkçilərini çağırmaq olmayıb:
“Görüşdə köməkçilərin fəaliyyəti barədə fikir mübadiləsi aparıldı. Regionlardan olan deputat köməkçiləri ilə videokonfrans keçirəcəyik”.