“Azərbaycan xalqına qarşı hər hansı bir şəxsin fikri, sözü cinayət məsuliyyəti ilə ölçülsün”.
Unikal.org-un məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında gündəliyin müzakirəsi zamanı millət vəkili Siyavuş Novruzov deyib.
O bildirib ki, Milli Şuranın toplantısında Azərbaycan xalqına qarşı biabırçı ifadələr səsləndirilib: “Xalqın aşağılanmasına biz heç cür yol verə bilmərik. Hər bir millət vəkili bu məsələdə öz fikrini bildirməlidir. Milli Şuranın qapalı keçirildiyi deyilən iclasında Qənimət Zahidin dəfələrlə “Canlı yayım gedir” ifadəsinə baxmayaraq, Azərbaycan hökumətinin kibercinayətkarlıqla məşğul olması ilə bağlı iddiaların cəmiyyətdə yayılması qəbuledilməzdir. Bir türk serialı Əli Kərimlinin sərsəmləməsindən daha səmərəlidir. Bu baxımdan da hesab edirəm ki, bu milləti qorumaq bizim borcumuzdur. Qanunu sərtləşdirməliyik”.