Prezident İlham Əliyev “1994-cü il 9 sentyabr tarixli Avrasiya Patent Konvensiyasının Sənaye nümunələrinin mühafizəsinə dair” Protokolunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Unikal.org xəbər verir ki, sənədə əsasən, 2019-cu il sentyabrın 9-da Nur-Sultan şəhərində imzalanmış “1994-cü il 9 sentyabr tarixli Avrasiya Patent Konvensiyasının Sənaye nümunələrinin mühafizəsinə dair” Protokol Azərbaycan Respublikasının ona dair bəyanatı ilə təsdiq edilib.