ABŞ-da qəribə oğurluq hadisəsi baş verib.

Unikal.org Amerika KİV-ə istinadən xəbər verir ki, başlarına qarpız  keçirən iki oğru spirtli içki satılan mağazadan oğurluq ediblər. Qarpız maskaları ilə oğurluq edən şəxslər həmin görüntüləri mobil telefon vasitəsilə lentə alaraq sosial şəbəkədə paylaşıblar.