Türkiyənin Müdafiə naziri Hulusi Akar yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə çərçivəsində görülən işlərdən danışıb.
Unikal.org xəbər verir ki, onun sözlərinə görə, başqa ordularla müqayisədə Türkiyə Silahlı Qüvvələrində koronavirusa yoluxma halları azdır.
"Bu, həqiqətən böyük uğurdur", - deyə o vurğulayıb.