Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Unikal.org-un xəbərinə görə, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Milli bayramınız - Respublika Günü münasibətilə Fələstin Dövləti və xalqı adından və şəxsən öz adımdan Sizə, Sizin şəxsinizdə hökumətinizə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi yetirirəm.
Allah-Təaladan Sizə, ölkənizə və xalqınıza xeyir-bərəkət, tərəqqi, dünyanın bütün xalqlarına isə koronavirus bəlasından və bütün digər bəlalardan sağ-salamat çıxmağı arzulayıram.
Xahiş edirəm, dərin hörmət və ehtiramımı qəbul edin".