Korrupsiya və fırıldaqçılıqda ittiham olunan İsrailin baş naziri Benyamin Netanyahu Qüds məhkəməsində hakim qarşısına çıxarılıb.
Unikal.org xəbər verir ki, Netanyahu bu işin onun hər vasitə ilə devrilməsi üçün hazırlandığını deyib:
“Onlar istəyirdi ki, mən məğlub siyasətçi, İsrailin keçmiş baş naziri olum. Devirmək istəyirdilər”, - Netanyahu bildirib.