Yaponiya hökuməti COVID-19 epidemiyası ilə bağlı tətbiq edilən fövqəladə vəziyyəti ləğv edib.

Unikal.org xəbər verir ki, Baş nazir Şinzo Abe mətbuat konfransında aprel ayından paytaxt Tokioda, habelə Çiba, Kanaqava, Saitama, Hokkaido prefekturalarında (əyalətlərində) mövcud olan və iqtisadi fəaliyyətləri məhdudlaşdıran fövqəladə vəziyyətin ləğv olunduğunu açıqlayıb. Bununla da ölkə boyu fövqəladə vəziyyətin başa çatdığı qeyd edilib: “Biz cəmi 1 ay yarım ərzində demək olar, vəziyyəti nəzarətə götürməyi bacarmışıq”.

Hökumət başçısı həmçinin koronavirusun daha bir dalğası təhlükəsinin qaldığını, bu səbəbdən sayıqlığı itirmədən tibb ekspertlərinin də vurğuladıqları kimi, maska taxmağın, sosial məsafə saxlamağın, evdən işləməyin vacibliyini xatırladıb.