İsraildə iyunun 14-dən etibarən teatrlar və konsert zalları açılacaq.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Turizm Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mədəniyyət mərkəzlərinə gələnlər iki metrlik sosial məsafə saxlamalı, şəxsi gigiyena qaydalarına riayət etməli və tibbi maskalar taxmalıdırlar. Binaların girişində ziyarətçilərin temperaturu ölçüləcək.

Bundan başqa, tamaşa və konsertlərin biletləri yalnız onlayn qaydada satılacaq.