Astarada üzərində heroin və elektron tərəzi gəzdirən narkotacir saxlanılıb.

Unikal.org-un xəbərinə görə, bu barədə Cənub Mərkəzinə DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Ərçivan qəsəbəsinin sakinləri, əvvəllər məhkum olunmuş Ceyhun Nəsirov və İsrafil Nəsirov saxlanılıblar. Şəxsi axtarış zamanı C.Nəsirovun üzərində daşıdığı əl çantasından 13 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi, İ.Nəsirovdan isə bir bükümdə heroin aşkarlanaraq götürülüb. 

Araşdırmalarla C.Nəsirovun narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından qaçaqmal yolu ilə əldə etdiyi və satışını təşkil etmək üçün üzərində gəzdirdiyi müəyyən edilib.

Faktla bağlı araşrdırma aparılır.