Rusiyada son bir gündə daha 8 915 nəfərə koronavirus diaqnozu qoyulub.
Unikal.org xəbər verir ki, xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.
Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 362 342 nəfərə çatıb.
Ölkədə virusdan ölənlərin sayı isə 174 nəfər artaraq 3 807-ə yüksəlib. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 131 129 nəfər sağalıb.
Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb.