Fransanın "Marsel" klubunun baş məşqçisi Andre Villaş-Boaş komandada qalmağa qərar verib.
Unikal.org xəbər verir ki, 42 yaşlı mütəxəssis bu barədə özü məlumat verib.
Qeyd edək ki, daha əvvəl portuqaliyalı məşqçinin klubun yeni müqavilə təklifini qəbul etmədiyi haqda xəbərlər yayılmışdı. Onun hazırkı müqaviləsi 2021-ci ilin iyununa qədərdir.