Son bir gündə Türkiyədə koronavirusdan daha 28 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 4 397 nəfərə çatıb.
Bu gün COVID-19-a 948 yeni yoluxma qeydə alınıb. Beləliklə, ölkədə koronavirusa yoluxanların sayı 158 762-ə çatıb.
Son 24 saatda koronavirusla bağlı 19 853 test aparılıb. Bununla da koronavirusla bağlı aparılan testlərin sayı 1 873 607-yə çatıb. Son bir gündə virusdan 1 492 nəfər sağalıb.
Beləliklə, koronavirusdan sağalanların ümumi sayı 121 207 nəfər təşkil edir.