Daha bir ölkədə futbol oyunları start götürəcək.
Unikal.org xəbər verir ki, bu barədə Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavelko özünün “Facebook” səhifəsində yazıb.
Andrey Pavelko qeyd edib ki, Ukraynanın Səhiyyə Nazirliyi mayın 30-dan Premyer-Liqanın və ölkə kuboku oyunlarının keçirilməsinə icazə verib.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən futbol üzrə Ukrayna çempionatı martın ortalarında dayandırılıb.