Almaniya kubokunun yarımfinal oyunlarının təqvimi bəlli olub.
Unikal.org xəbər verir ki, finala vəsiqənin sahibləri iyunun 9-10-da müəyyənləşəcək. İyunun 9-da “Saarbrüken” “Bayer”i qəbul edəcək. Növbəti gün isə “Ayntraxt” “Bavariya”nın qonağı olacaq.
Hər iki görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.