Bakıda oğurluq etdiyinə görə tutulmuş şəxsin daha bir cinayəti ortaya çıxıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, H.Məmmədovun digər şəxslə birgə Sabunçu rayonu ərazisindəki mağazaların birindən oğurluq etməsi də müəyyən edilib.

Onun ətrafında Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları əməliyyat tədbirləri aparıblar.

Onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Nəcəfovla birgə mayın 5-də rayon ərazisindəki mağazaların birindən 400 manat pul, 812 manat dəyərində tütün məmulatı və danışıq kartları oğurlaması da müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində A.Nəcəfov da saxlanılıb.