İngiltərə Premyer Liqasının bərpa ediləcəyi tarix açıqlanıb.
Unikal.org xəbər verir ki, bu barədə Britaniyanın "The Telegraph" nəşri məlumat yayıb. Xəbərdə bildirilir ki, Premyer Liqa iyun ayının 17-də start götürəcək. Həmin gün "Mançester Siti" "Arsenal"la qarşılaşacaq.
Qeyd edək ki, İngiltərədə bütün idman yarışları koronavirus pandemiyası səbəbindən mart ayında təxirə salınmışdı.