Koronavirus pandemiyası üzündən dayandırılan İtaliya A seriyasının 2019/20 mövsümünün bərpası ilə bağlı növbəti qərar qəbul olunub.
Unikal.org xəbər verir ki, yarışın davam etdiriləcəyi tarix yenidən dəyişdirilib. Bu barədə ölkənin idman naziri Vinçentso Spadafora açıqlama verib. O bildirib ki, A seriyasında oyunlar iyunun 20-də bərpa olunacaq.
Qeyd edək ki, buna qədər İtaliya çempionatının iyunun 13-də bərpa olunması planlaşdırılırdı.