Ermənistanda son sutkada daha 460 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 8 676-a yüksəlib. Ölkədə koronavirusdan ölənlərin sayı isə 120 nəfərə çatıb.
Bildirilib ki, indiyədək 3 297 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 5 214 aktiv koronavirus xəstəsi var.