Rusiyanın Norilsk şəhərində avtomobilin yanacaq anbarına çarpılması nəticəsində İstilik Elektrik Stansiyasında (İES) yanğın baş verib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin Regional Baş İdarəsi yayıb.
Bildirilib ki, hadisə Norilskdə Nadejdin Metallurgiya Kombinatı ərazisindəki İES-3-ə məxsus yanacaq anbarına avtomobilin çarpılıması nəticəsində baş verib.
Məlumata görə, yanğın 300 kvadratmetr sahəni əhatə edib. İES təbii qazla işləyir. Yanğının söndürülməsinə 4 yanğınsöndürən və 12 nəfər cəlb olunub.
Qeyd edək ki, Norilsk Krasnoyar diyarının şimalında yerləşir.