İngiltərə Federasiya Kubokunun (FA Cup) bərpa tarixi və oyunların təqvimi açıqlanıb.

Unikal.org xəbər verir ki,  koronavirus pandemiyası səbəbindən dayandırılan görüşlərin 1/4 final oyunları iyunun 27-28-də keçiriləcək. Yarımfinal qarşılaşmaları isə iyulun 11-12-nə planlaşdırılıb. Final oyunu avqustun 1-də baş tutacaq.

Qeyd edək ki, 1/4 finalda “Norviç” - “Mançester Yunayted”, “Lester” - “Çelsi”, “Şeffild Yunayted” - “Arsenal” və “Nyukasl” - “Mançester Siti” oyunları keçirilməlidir.