Bərdə rayonunda polis əməkdaşı və bir qadın bıçaqlanıb.
Unikal.org "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, hadisə bu gün rayonun Qaradəmirçi kəndində baş verib.
Bərdə Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili, 1985-ci il təvəllüdlü Məmmədov Eşqin Rəhbər oğlu bıçaqlanıb. Onunla birgə bir qadın da bıçaq xəsarətləri alıb.
Polis əməkdaşının bıçaqlanmasının təfərrüatları da məlum olub. Rayon sakini Elçin Cəfərov bacısı Vüsalə Cəfərovanı münaqişə zəminində bıçaqlayıb. Bu zaman polis əməkdaşları müdaxilə edib və E.Cəfərov polis Eşqin Məmmədovu da bıçaqlayıb.
Münaqişə zamanı Vüsalə Cəfərovanın azyaşlı qızı da xəsarət alıb. Elçin Cəfərov bacısını vurmaq istəyərkən azyaşlı Fatimənin qulağına bıçaq zərbəsi dəyib və onun qulağı kəsilib.
Qeyd edək ki, V. Cəfərovanın 3 il əvvəl boşandığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.