Türkiyənin Diyarbəkir vilayətində Bağlar rayonunda bir polis şəhid olub.
Unikal.org-un xəbərinə görə, rayon mərkəzində polisin "dayan” əmrinə tabe olmayan silahlı şəxs ona atəş açıb.
Nəticədə yaralanan polis xəstəxanaya aparılsa da, onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.