Rusiyanın Sankt-Peterburq şəhərində üç nəfər özünü polis əməkdaşı kimi təqdim edərək, “Ford S-Max” avtomobilini qaçırıblar.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə zamanı qaçırılan avtomobilin sahibi sərxoş vəziyyətdə olub.
Hüquq-mühafizə orqanları baş verən hadisənin təfərrüatlarını araşdırır.