"Firdovsi Umudov Azərbaycanın fəxridir. Ona qaryaxanların istəkləri nədir heç özləri də bilmir".
Unikal.org-un məlumatına görə bu sözləri əməkdar bədən tərbiyəsi və idman xadimi, Firdovsi Umudovun məşqçisi olmuş Ramiz Tağıyev deyib.
O F.Umudova qarşı qarayaxma kompaniyası aparanların, böhtan atanların cəzalarını çəkəcəklərinə inandığını bildirib:
"Firdovsi Azərbaycan sərbəst güləşini dünya arenalarında layiqincə təmsil etdi. Azərbaycan güləşini Olimpiya səviyyəsinə qaldırdı. Dəfələrlə Azərbaycanın Üçrəngli Bayrağını dünyada yüksəklərə qaldırdı. 2012-ci ildə FİLA tərəfindən Qızıl medalla təltif olundu. Dünyanın bir nömrəli məşqçisi seçildi. Firdovsinin rəhbərlik etdiyi komanda Azərbaycana saysız-hesabsız qızıl, gümüş, bürünc medallar gətiriblər. Bu hal Vətənə, dövlətə, millətə təmənnasız xidmət deyilmi?! Firdovsi dövlətinə, millətinə sədaqətli insandır.
O, zəhmətkeş ailənin övladıdır. Atası kənd adamıdır. Həmin yazıda tək Firdovsiyə deyil, atasına qarşı da böhtan xarakterli cümlələr yazıblar. Yəqin ki, o cümlələrə görə o yazıda rolu olan hər kəs cavabını verəcək. Biz hüquqi dövlətdə yaşayırıq. Dövlət kimin kim olduğunu yaxşı bilir. Dövlət yaxşı bilir ki, Firdovsi Azərbaycanı təmənnasız sevir. Firdovsi özünü reklam etdirmir. Etdiyi yaxşılıqların çoxunu heç kim bilmir. Qazaxda olan imkansız ailələrə, Şəhid ailələrinə, Qarabağ Qazilərinə, Müharibə Veteranlarına imkanı daxilində kömək edir. Firdovsi haqqında yazılan şər-böhtan xarakterli həmin yazı paxıllıqdan başqa bir şey deyil. Guya Firdovsiyə şər atanda dövlət həmin böhtançıların yaxasından qızıl medal asacaq?! Xeyr! Elə olmayacaq! Əksinə, dövlət dediyim kimi hamını yaxşı tanıyır. Və həmin yazıda imzası olanlar dövlətin də, millətin də gözündə heç nə oldular!
Azərbaycan Respublikasnın prezidenti İlham Əliyev cənabları Firdovsi Umudova layiqli qiymətini verib. Firdovsi dünyada böyük hörmətə, nüfuza malik pəhləvandır. Belə ucuz yolla heç kim Firdovsini nə dövlətin, nə millətin, nə də dünyanın gözündən sala bilməyəcək!"