Uzun müddətdən sonra Roma Papası Fransisk Apostol Sarayının pəncərəsindən möminlərə müraciət edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Papa bazar günü ibadətində Vatikandakı Apostol Sarayının pəncərəsindən dindarlara ənənəvi xütbə ilə müraciət edib.
Pandemiyaya görə üç aylıq fasilədən sonra Papa dindarlara müraciət edib: “Əziz qardaşlar və bacılar! Günaydın! Bu gün meydan yenidən açıldı. Biz yenə qayıda bildik. Bu, səadətdir”.
O, bütün dünyada tibbi yardıma ehtiyacı olan insanlar üçün dua edib: “İnsanları müalicə etmək lazımdır, pula qənaət etməməliyik. İnsanlar maddiyyatdan daha önəmlidir”.