Almaniya Bundesliqasında XXIX tur davam edir.

Unikal.org xəbər verir ki, turun üçüncü günündə iki qarşılaşma baş tutub.

Mükafatlar uğrunda mübarizə aparan “Borussiya”lar aşağı pillələrdəki rəqiblərlə görüşüb. Mönhenqladbax təmsilçisi evdə “Union”u darmadağın edib – 4:1.

Dortmundlular isə səfərdə autsayder “Paderborn”un müqavimətini qırmaqda uzun müddət çətinlik çəkib. 53 dəqiqə rəqib həmlələrinin qarşısını alan meydan sahibləri yalnız bundan sonra “Borussiya” qarşısında aciz qalıb – 1:6.

Qeyd edək ki, tura iyunun 1-də yekun vurulacaq.