Braziliyanın II liqasında çıxış edən "Vasko da Qama"nın 16 futbolçusu koronavirusa yoluxub. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu, texniki heyət və oyunçulardan götürülmüş test nəticəsində üzə çıxıb.  

Klub bütün futbolçuların təcrid olunacağını açıqlayıb. 

Qeyd edək ki, Braziliyada futbol liqaları martda koronavirusa görə dayandırılıb.