“Breşiya”dan ayrılacağı gözlənilən Mario Balotelli açıqlama verib.
Unikak.org xəbər verir ki, məşqlərə mütəmadi qatılmadığı iddia olunan futbolçu, sosial şəbəkə hesabında bu iddiaları təkzib edib:
“Məşq etmədiyimi necə yaza bilərsiz? Mən məşq edəndə, jurnalistlər kameraları ilə orda olurlar. Gündə iki dəfə məşq edirəm. Bunu necə inkar edə bilirsiz? Kameralar üçün görünməz olduğumu düşünmürdüm. Doğru zamanda hər şeyi açıqlayacam, siz də anlayacaqsız”.