Boks üzrə keçmiş dünya çempionu, amerikalı Floyd Meyuezer polis tərəfindən öldürülən Corc Floydun dəfn xərclərini öz öhdəsinə götürüb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ESPN telekanalına məşhur boksçunun nümayəndəsi Leonard Ellerbi məlumat verib.
L.Ellerbi əlavə edib ki, sabiq boksçu Corc Floydun ailəsi ilə əlaqə saxlayıb və dəfn xərclərini ödəməklə bağlı təklifinə ailədən müsbət cavab alıb.