Bosniya və Herseqovina çempionatında mövsüm koronavirus pandemiyasına görə yarımçıq dayandırılıb.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin futbol federasiyasının mətbuat xidməti məlumat yayıb. Turnir cədvəlində 45 xalla lider olan “Sarayevo” çempion elan edilib. Azərbaycanlı futbolçu Elvin Yunuszadənin çıxış etdiyi “Çelik” və “Zviezda” klublarına bədxəbər verilib. Belə ki, klublar isə elitayla vidalaşıb.

Futbolçumuzun komandası 17 xalla 11-ci sırada idi.

Qeyd edək ki, dünyaca məşhur transfermarket saytının yazdığına görə, Elvin Yunuzsadə Bosniya və Herseqovina klubuna 350 min avroya (təxm: 390 min dollar) transfer olunub. 
Onun transfer bazarında hazırki qiymətinin 300 min avrodur (təxm: 333min dollar). 

Bosniya və Herseqovina çempionatında yeni mövsümə avqustun əvvəlində start veriləcək.