İyunun 1-də gecə saat 04 radələrində Bərdə rayonunun Alaçadırlı kəndi ərazisində anasını və bacısını gülələyərək öldürən şəxs polisə təslim olub.
Unikal.org-un məlumatına görə, Toğrul Zeynallı Bərdə rayon Polis Şöbəsinə gələrək könüllü təslim olub.
Qeyd edək ki, ilkin araşdırmalarla həmin gün saat 03 radələrində Alaçadırlı kəndində yaşayan Toğrul Zeynallının yaşadığı evdə qısqanclıq zəminində tüfəngdən atəş açmaqla anası Nəzirə Zeynalovanı, daha sonra yaşadıqları evdən, təxminən, 200 metr aralıda isə bacısı Əminə Zeynalovanı qəsdən öldürərək hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.
Hazırda cinayəti törətməkdə şübhəli bilinən Toğrul Zeynallının tutularaq istintaqa cəlb olunması, habelə hadisənin təfərrüatlarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.