İngiltərənin "Vulverhepmton" klubu hücumçusu Brayt Enobokare ilə yolları ayırıb. Azərbaycan millisinin üzvü Renat Dadaşovun da formasını geyindiyi klubun bu addımı atmasına səbəb hücumçunun gözləntiləri qarşılamamasıdır.
Unikal.org İngiltərə mətbuatına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Nunu Eşpiritunun heyətdəki digər hücumçular - Raul Ximenes, Leonardo Kampanya və Renat Dadaşova üstünlük verəcəyi bildirilir.
Dadaşov klubun U-23 komandasında çıxış edir. O, hələ ki, əsas heyətlə debüt etməyib.