Biləsuvar rayonunda qətl hadisəsi törədilib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında şəhər ərazisində yerləşən kafelərdən birində qeydə alınıb.

İlkin məlumata görə, şəhər sakini, 1984-cü il təvəllüdlü Rzayev Rəşad Cəlil oğlu bıçaq zərbəsi ilə qətlə yetirilib. Məlumata görə, bıçaq qarın boşluğuna nüfuz edib və R.Rzayev qanitirmədən yerindəcə keçinib. 

Faktla bağlı araşdırmalar davam etdirilir.