Biləsuvarda anbardan oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a  verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 2-də rayon ərazisindəki anbarların birindən 5 nəfərə məxsus ümumilikdə 17800 manat dəyərində kosmetik və gigiyenik əşyalar oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini G.Məmmədova, Biləsuvar rayon sakinləri M.Nərimanov və B.Həsənov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.