“Liverpul” “Barselona”dan Osman Dembeleni icarəyə götürmək istəyib.
Unikal.org xəbər verir ki, bu barədə italiyalı jurnalist Canluka Di Marzio məlumat yayıb. Xəbərdə, “Liverpul”un fransız hücumçuya bir illik icarə üçün təklif göndərdiyi, ancaq Dembelenin “yox” dediyi bildirilib.
Dembele İngiltərəyə getmək istəmir və o, daha bir neçə il “Barselona”da forma geyinmək niyyətindədir.
2017-ci ildən “Barselona”da çıxış edən Dembelenin klubla müqaviləsi 2022-ci ilin iyununda başa çatır.