Portuqaliya çempionatının 25-ci turunda keçirilən “Tondela” ilə oyundan (0:0) sonra “Benfika”nın üzvlərini daşıyan avtobus hücuma məruz qalıb.
Unikal.org xəbər verir ki, naməlum şəxslər avtobusa hücum edərək, onu daşlayıblar. Bu barədə liqanın rəsmi saytı məlumat yayıb.
Hücum nəticəsində “Benfika”nın iki futbolçusu – Andria Jivkoviç və Yulian Vayql yaralanıb və xəstəxanaya aparılıb.
Hadisəni törədənlərin azarkeş olmadığı bildirilir.