Bu gün Azərbaycan Premyer Liqası və ölkə kuboku ilə bağlı açıqlanan təlimatda hakimlərlə bağlı bəzi qadağalar göstərilib.
Unikal.org PFL-in saytına istinadən xəbər verir ki, mübahisəli epizod zamanı baş hakim meydandakı topu əlinə götürməyəcək.
Ona dördüncü hakimin yanında olan və dezinfeksiya edilmiş top veriləcək. Bu top 4-cü hakimin yanında saxlanılmalıdır.Bundan əlavə, hakim mübahisəli vəziyyətlər zamanı oyunçular arasında iğtişaş yarandıqda onlara fiziki təmasla müdaxilə etməməli, kənardan durub müşahidə etməlidir.