Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının  keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Kortala kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə bitkiləri aşkar edilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Unikal.org-a verilən məlumata görə, ümumi çəkisi bir ton 200 kiloqram yabanı halda bitən çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.