Oğurluq etdiyinə görə tutulan T.Ələkbərovun törətdiyi digər cinayət əməlləri də üzə çıxıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, T.Ələkbərovun ətrafında Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirlərihəyata keçirilib.
Onun rayon ərazisində daha 5 evdən məişət əşyaları və inşaat materialları oğurlaması da müəyyən edilib.