Prezident İlham Əliyevin ünvanına vətəndaşlardan minnətdarlıq məktubları gəlməyə davam edir.

Unikal.org məktublardan bir neçəsini təqdim edir:

“Hörmətli cənab Prezident.

Mən 30 ilə yaxındır ki, erməni işğalı nəticəsində öz elimdən, obamdan köçkün düşərək Göyçayda məskunlaşmışam. 2019-cu ildə Sizin göstərişinizlə Göyçay şəhərində məcburi köçkün və qaçqın ailələri üçün yaşayış binası tikilmişdir. Mən də həmin binada mənzillə təmin olunmağım üçün müraciət etmişdim. Müraciətimə baxıldıqdan sonra mənə çox sevindirici xəbər çatdırdılar. Mənə də o binadan mənzil verildi.

Hörmətli cənab Prezident, bu ahıl yaşımda mənə belə sevinc bəxş etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizin və Mehriban xanımın qayğıkeşliyinizə və humanistliyinizə görə bir ana kimi Sizi alnınızdan öpürəm.

Hörmətlə,

Mustafayeva Sabah İbrahim qızı, Ağdam rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Göyçay şəhəri”.

 

“Möhtərəm cənab Prezident.

Dünyanın ən təhlükəli bəlasına çevrilmiş koronavirus pandemiyasına qarşı Sizin rəhbərliyinizlə ölkəmizdə aparılan mübarizənin dövlətimizi və xalqımızı bu dəhşətli xəstəliyin ağır sınağından çıxaracağına uğurla inanırıq. Sizin düşünülmüş, uzaqgörən siyasətiniz sayəsində Azərbaycan çox uğurlar əldə edib və çətinliklərə sinə gərib. Pandemiyanın ilkin mərhələsində verdiyiniz hər bir qərar, həyata keçirdiyiniz bütün tədbirlər qısa bir zamanda öz müsbət nəticəsini göstərdi. Bu gün yoluxma hallarının çox olmasına baxmayaraq, əminik ki, həyata keçirilən tədbirlər nəticəsində bu bəladan tamamilə qurtulmaq mümkün olacaqdır. Siz ən ağır günlərdə xalqı düşünməklə, onun yanında olmaqla əsl lider kimi öz müqəddəs missiyanızı bir daha yerinə yetirdiniz. Biz Sizə həmişə inanmışıq və indi də inanırıq.

Möhtərəm Prezident, ölkəmizin inkişafı, xalqımızın xoşbəxt gələcəyi naminə atdığınız hər bir addımda Sizə uğurlar arzulayıram. Siz xalqa arxalandığınız kimi, xalqımız da hər zaman Sizə arxalanır.

Hörmətlə,

Əkpərzadə Mələk Əskər qızı.

Azərbaycan Respublikası, Şirvan şəhəri”.

 

“Möhtərəm cənab Prezident.

Bütün dünyanı cənginə alan COVID-19 pandemiyası bizim ölkədən də yan keçmədi. Amma Sizin dəstəyinizlə görülən işlər sayəsində ölkəmiz digər ölkələrlə müqayisədə az itki verdi. Siz COVID-19 pandemiyası dövründə böyük fədakarlıq göstərərək, insanların həm maddi, həm də mənəvi ehtiyaclarının ödənilməsi, əhalinin sağlamlığının qorunması istiqamətində uğurlu işlər görürsünüz. Siz koronavirusun yayılmasının ilk günündən başlayaraq vətəndaşların yanındasınınz, onlara kömək göstərirsiniz.

Cənab Prezident, bir daha əmin olduq ki, ən çətin günlərdə güvənə biləcəyimiz rəhbərimiz var. Azərbaycan xalqı Sizi daim dəstəkləyir. Allah Sizi və xalqımızı qorusun.

Dərin hörmətlə,

Rəşidova Elnarə Şamil qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu”.

 

“Çox hörmətli Prezident, cənab Ali Baş Komandan.

Hətta dünyanın ən inkişaf etmiş dövlətlərinin belə mübarizə aparmaqda çətinlik çəkdikləri bu xəstəliyin sürətlə yayıldığı bir vaxtda Sizin uzaqgörən siyasətiniz və düzgün qərarlarınız nəticəsində Azərbaycan xalqı əmin-amanlıq içərisində yaşayır. Buna görə ailəmizin adından Sizə təşəkkür edirəm.

Əlbəttə, Sizə nə qədər təşəkkür etsək, yenə də azdır. Bu sözləri böyük qürur hissi ilə yazıram. Sizinlə fəxr edirik. Allah Sizi qorusun.

Hörmətlə,

Mahmudov Azər Əlövsət oğlu.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri”.

 

“Çox hörmətli cənab Prezident.

Bəşəriyyəti cənginə almış qorxunc pandemiya ilə mübarizədə tibbin ən inkişaf etdiyi ölkələrin aciz qaldığı, bəzi dövlətlərin bu virusa biganə yanaşdığından çətin vəziyyətə düşdüyü halda, Sizin əsl vətəndaşlıq nümunəsi göstərərək xalqın yanında olmağınız bizləri qürurlandırır.

Əhalinin sağlamlığının qorunmasının ön plana çəkilməsi, Sizin uzaqgörən siyasətinizlə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi bu pandemiyadan daha az itkilərlə çıxmağımıza zəmin yaradıb.

Möhtərəm cənab Prezident, Sizin ölkəmizi COVID-19 virusundan qorumaq üçün atdığınız hər addımınızı bir ailənin iki həkim üzvü olaraq alqışlayır və xalqımızın sağlamlığı naminə verdiyiniz tapşırıqları səngərdəki bir əsgər kimi hər zaman sevə-sevə yerinə yetirəcəyimizə söz veririk.

Siz, həqiqətən, vətəndaşı onun özündən daha çox düşünürsünüz.

Əziz və qayğıkeş Prezidentimiz, Şəmkir sakinləri də Sizə - qəlbi daim xalqı ilə döyünən rəhbərə hər zaman dəstək olacaqlar. Biz fəxr edirik, qürur hissi keçiririk ki, Sizin kimi Prezidentimiz var. Uca Tanrı Sizi qorusun.

Hörmətlə,

İbrahimov Sabir Şükür oğlu

İbrahimova Rahilə Vəli qızı.

Azərbaycan Respublikası, Şəmkir şəhəri”.

 

“Əziz Prezidentimiz.

Sizin Lənkərana göstərdiyiniz doğma münasibətiniz biz sakinlərə hədsiz qürur verir. Fəxr edirik ki, Sizin kimi müdrik, qayğıkeş dövlət başçımız var. Sizin tapşırıqlarınıza uyğun olaraq, şəhərimizin küçələrində asfaltlama işləri aparılır. Bizim yaşadığımız Füzuli, Kələntərlilər, Vaqif Nağıyev küçələri də asfaltlanıb və abadlaşdırılıb. Sizin qayğınız sayəsində indi Lənkəran şəhərinin hər tərəfi səliqəli, təmiz görünür.

Cənab Prezident, bu işlər, bu qayğı könlümüzü açır, belə bir vaxtda bizə ruh verir. Biz Sizdən çox razıyıq. Allah Sizdən razı olsun.

Hörmətlə,

Şükürov Sehran Məmməd oğlu

Rzayev Ceyhun Hüseynağa oğlu

Bağırov Səxavət Əhməd oğlu

Abdullazadə Azər Əlövsət oğlu

Cəfərov Ceyhun Nizam oğlu və başqaları.

Azərbaycan Respublikası, Lənkəran şəhəri”.

 

“Hörmətli cənab Prezident.

Dünyanı cənginə alan COVID-19 pandemiyası təəssüf ki, Azərbaycandan da yan keçmədi. Sizin rəhbərliyinizlə dövlət və hökumət orqanları tərəfindən görülən ardıcıl və səmərəli tədbirlər nəticəsində ölkə vətəndaşlarının bu təhlükəli virusa yoluxma riskini minimuma endirmək mümkün oldu.

Cənab Prezident, bu həssas dönəmdə xalqla həmrəy olduğunuza, ən başlıcası isə Ağcabədi rayonuna yeddinci dəfə səfər etdiyinizə görə Sizə minnətdarlığımızı bildiririk. Rayonumuzda "ASAN xidmət" mərkəzinin açılışında könüllülər qarşısında məzmunlu çıxışınızı yüksək dəyərləndiririk. Biz gənclər hesab edirik ki, Sizin Qarabağ torpaqlarına hər gəlişiniz bizi işğal edilmiş ərazilərimizin geri qaytarılmasına səsləyir.

Hörmətli cənab Prezident, Sizin "Biz birlikdə güclüyük!" çağırışınız bu gün xalqımızın həmrəylik şüarına çevrilib. Biz Sizə inanır, güvənir və arxalanırıq. Tanrı Sizi qorusun.

Hörmətlə,

Atakişiyev Səbuhi Valeh oğlu, Ağcabədi Pedaqoji Kollecinin müəllimi.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Cəfərbəyli kəndi”.

 

“Hörmətli cənab Prezident.

Sizin prezidentliyiniz dövründə Azərbaycan çoxlu sayda uğur əldə edib, ölkəmiz dünyanın inkişaf etmiş dövlətləri arasında öz layiqli yerini tutub, iqtisadi, siyasi sferalarda, xüsusilə də sosial sahədə mühüm nailiyyətlər əldə edilib, iqtisadi çətinliklərin öhdəsindən mətinliklə gəlib. Bu gün COVID-19 virusunun bütün dünyaya yayılaraq kütləvi insan tələfatına gətirib çıxardığı bir zamanda Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqımızı bu təhlükədən qorumaq məqsədilə uzaqgörənliklə gördüyünüz bütün tədbirləri bəyənir və dəstəkləyirik.

Son illərdə Sizin rəhbərliyinizlə ölkəmizdə əldə edilən nailiyyətlər göz önündədir. Biz xalq olaraq keçmişi də görmüşük, bu günü də görürük. Əlbəttə ki, fərq çox böyükdür. 1990-cı illərin əvvəllərində ölkəmizdə hökm sürən xaosu, özbaşınalığı indi tərəqqi, yüksək rifah əvəzləyib. Bunu xarici ölkələrin dövlət və ictimai xadimləri dəfələrlə qeyd edib, nüfuzlu beynəlxalq təşkilatların hesabatları göstərib. Azərbaycanda hökm sürən iqtisadi sabitlik, əmin-amanlıq, dini, milli-mənəvi dəyərlərə göstərilən qayğı nəticəsində möhkəmlənən tolerant mühit digər dövlətlərə nümunədir. Müstəqil Azərbaycan dövlətinin siyasətini, buradakı əmin-amanlığı bəyənməyən, düşmən dəyirmanına su tökən, onların və Azərbaycanda böhran, tənəzzül, qarşıdurma yaratmağa çalışan qüvvələrin maliyyə resurslarından bəhrələnən bu ünsürlər ən böyük nifrətə layiqdirlər.

Hörmətlə,

Əlizadə Elşən.

Azərbaycan Respublikası, Bakı şəhəri”.