Bu gündən 24 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” MMC-yə məxsus “BMC Procity” 12 metrlik müasir və komfortlu avtobuslarla həyata keçirilir.
Bu barədə Unikal.org-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.
Onun sözlərinə görə, dəyişiklik nəticəsində paytaxtın Bakıxanov və Qaraçuxur qəsəbələrinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi və metronun “N.Nərimanov” stansiyası ilə marşrut xətti ilə əlaqələndirilməsi təmin edilib.
Sərnişinlərin “BakıKart”ın balansını artıra bilməsi üçün 24 nömrəli marşrut xətti boyunca, xüsusən də Bakıxanov və Qaraçuxur qəsəbələri ərazisində 7 ünvanda pos-terminal qoyulub.