Maskadan istifadə virusun yayılmasının qarşısını alır.
Unikal.org xəbər verir ki, bu barədə məlumatı TƏBİB yayıb. Bildirilib ki, maskadan istifadə qarşılıqlı olaraq virusun yayılmasında böyük təsirə malikdir. İnsanlarla birlikdə olduğunuz məkanlarda maska istifadə etdiyiniz zaman virusun sizə yoluxma ehtimalı aşağı düşür. Eyni zamanda, xəstə olan şəxslər maskadan istifadə edən zaman digər vətəndaşları qorumuş olur. Bir sözlə, maska siz xəstə olduğunuz halda onları, onlar xəstə olduğu halda sizi infeksiyaya yoluxmadan qoruyur.