Milli Məclis Sədrinin müavini Adil Əliyevə yeni köməkçi təyin olunub.

Unikal.org xəbər verir ki, bu barədə Milli Məclis Aparatının katiblik bölməsində məlumat yerləşdirilib.

Bəhruz Firizman oğlu Müslümov Milli Məclis Sədrinin müavininin köməkçisi təyin olunub.

Bəhruz Müslümov 1-ci dərəcəli dövlət qulluqçusudur. İxtisasca hüquqşünas olan köməkçi 1991-ci ildə anadan olub.