Bildiyiniz kimi, karantin qaydalarına uyğun olaraq toy mərasimlərinin keçirilməsi qadağan olunub. 

Buna baxmayaraq, Bakıda bir-birini sevən gənclər karantin qadağasına görə təxirə düşən toylarını gerçəkləşdirmək üçün çıxış yolu tapıblar. Belə ki, Ramal və Selfinaz adlı cütlük evlərinin həyətində özlərinə toy ediblər.

Məclisə yalnız səbəbkarların az sayda yaxınları qatılıblar.

Toydan fotoları sosial şəbəkədə keçmiş teleaparıcı Səma Camalqızı paylaşıb. O, şəkillərə “Karantində toy edənlər sırasına qoşulduq. Əsas sevgi və xoşbəxtlikdir” şərhini yazıb(axsam.az).